Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hansı iPhone 12 modelləri 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranlar ilə təchiz olunacaqlar?

Hansı iPhone 12 modelləri 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranlar ilə təchiz olunacaqlar?

Tarix: 23 Iyun 2020 08:32

Display Supply Chain Consultants şirkətinin CEO-su Ross Young bu il yüksək tezlikli təsvir yenilənməsinə sahib ekranları əldə edəcək smartfonların siyahısını təqdim edib. Siyahıda olan smartfonların çox hissəsi artıq satışa çıxmış modellərdir. Lakin siyahıda hələ satışa çıxmamış bəzi modellər də mövcuddur. Məsələn siyahıda Huawei Mate 40 seriyası və iki yeni iPhone modeli var.

Söhbət, iPhone 12 Pro və 12 Pro Max modellərindən gedir. Beləliklə məlumata əsasən məhz bu iki iPhone 12 modelinin ekranı 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Çox güman ki, digər iki iPhone 12 modeli isə 60 Hz-lik təsvir yenilənməsinə sahib ekranlar ilə təchiz olunacaqlar. Son məlumat sızıntılarına əsasən Apple şirkəti bu il dörd iPhone modeli təqdim edəcək.

Onlar 5.4 düym, 6.1 düym və 6.8 düym ekranlara sahib olacaqlar. Təqdim olunacaq iPhone modellərindən ikisi eyni ekran ölçüsünə (6.1 düym) sahib olacaq. Bununla yanaşı adi iPhone 12 modelləri ikili arxa kamera, iPhone 12 Pro modelləri isə üçlü arxa kamera və LiDAR skaneri ilə təchiz olunmalıdırlar. iPhone 12 seriyası bu ilin payız fəslində təqdim olunmalıdır. Lakin koronavirus pandemiyası səbəbilə Apple şirkəti smartfonları sentyabr ayında deyil bir qədər gec təqdim edə bilər.

Milli.Az


Etiketlər:  Hansı iPhone 12 modelləri 120 Hz lik təsvir yenilənməsinə sahib ekranlar ilə təchiz olunacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ