Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2019 13:10
Bakı. Samir Əli - Trend:
Paytaxt məktəblərinin yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinn rəhbəri Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, “Son zəng” tədbirlərinin normal şəraitdə keçirilməsinin təmin olunması məqsədilə polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: "Yerlərdə əlavə polis naryadları xidmət aparır. Nərimanov rayonunda yerləşən 200 nömrəli məktəbdə hər hansı qalmaqal baş verməyib, iştirakçı sayının çoxluğuna görə sıxlıq müşahidə olunub. Nəzərdə tutulan tədbirlər öz ahənginə uyğun davam edir. Bu saata qədər hər hansı xoşagəlməz hal qeydə alınmayıb".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin