Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 21:51
Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 23-nə olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 464 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 432 858 test aparılıb. Aktiv xəstə sayı 6 045 nəfərdir, onlardan 168 nəfər reanimasiyadadır, 32 nəfər isə süni tənəffüs aparatına qoşulub.