Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bəlkə də, Rusiyada koronavirusa qarşı vaksin tez hazırlana bilər” - Cəlal İsayev

''Bəlkə də, Rusiyada koronavirusa qarşı vaksin tez hazırlana bilər” - Cəlal İsayev

Tarix: 23 Iyun 2020 23:06

"Biz həmişə Rusiya elmi ilə inkişaf edib, onlardan dəstək almışıq. İnanıram ki, bu istiqamətdə Rusiyada bir çox təcrübələr aparılıb. Virus xəstəlikləri üçün vaksinlərin hazırlanması uzun müddət tələb edir.

Hazırlansa da, bir çox sınaqlardan keçirilməlidir ki, insan orqanizminə heç bir zərər vurmayacağı dəqiqləşdirilsin. Yalnız bundan sonra kütləvi istifadəsinə icazə verilə bilər. Ən yaxşısı isə yenə də insanların bu xəstəliyə yoluxmamaq üçün karantin qaydalarına əməl etməsidir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev "Real" TV-yə müsahibəsində deyib.

O bildirib ki, mövcud dövrdə Rusiya səhiyyəsi kifayət qədər güclüdür:

Bu xəstəlik "SaRS-1" virusu kimi bir anda yox ola bilər. O virus bir il epidemiya kimi davam etdi və sonra təmizləndi. Ya da düşünək ki, hər birimiz koronavirusa yoluxacağıq. Bunu düşünməkdənsə, yoluxan insanların sayının azalmasına dəstək olaq.

Mən buradan hər kəsə müraciət edirəm və xahiş edirəm ki, xəstəliklə mübarizədə bir olaq. Bu gün dövlətin məqsədi insanların sağlamlığını qorumaqdır".


Etiketlər:  Bəlkə Rusiyada koronavirusa qarşı vaksin hazırlana bilər Cəlal İsayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ