Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2019 19:56
Bakı. Trend:
Tailandda hemorragik Denge qızdırması epidemiyası elan olunub.
Trend-in məlumatına görə, bu ilin əvvəlindən başlayaraq ölkə ərazisindən 30 minə yaxın şəxs bu xəstəliyə yoluxub.
Bu, son beş il ərzində qeydə alınmış ortalama göstəricidən iki dəfə çoxdur.
Qeyd edilir ki, xəstəliyə yoluxanlardan 43 nəfəri həyatını itirib.
Denge qızdırmasının sürətlə yayılmasına səbəb ağcaqanadlar göstərilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin