Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İntim videosu yayılan azərbaycanlı aktyor: "Mənə görə bunlara göz yummusan"

İntim videosu yayılan azərbaycanlı aktyor:

Tarix: 26 Iyun 2020 15:10

"Çox səhvlərim olub, çox haqsızlığım olub, amma sən bunlara mənə görə göz yummusan. Nə yaxşı ki, varımsan, nə yaxşı ki, mənim həyat yoldaşımsan və Melisamın anasısan".

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu sözləri bir müddət əvvəl intim videosu yayılan aktyor Ülvi Həsənli həyat yoldaşına ünvanlayıb.

Aktyor evliliklərinin birinci ildönümü münasibətilə "İnstagram" hesabında həyat yoldaşına xoş sözlər ünvanlayıb:

"Möhtəşəm bir ilin tamamı... Bəli, bu gün evliliyimizdən düz bir il keçdi. Sevgiylə, kədərlə, sevinclə, dünyanın hər bir hissi ilə dolu bir il. Heç əslində bu il necə keçdi, anlamadım. Keçən ilin bu günü çox həyəcanlı və təlaşlı idim. Bu gün isə xoşbəxt bir ailə başçısı və xoşbəxt bir atayam. Həyat yoldaşı sadəcə on iki hərfdən ibarət bir söz birləşməsi deyil. Həqiqətən, həyatının hər bir anında yoldaş ola bilən insandır. Mən buna görə sənin qarşında baş əyirəm. Çünki hər bir anımda - çətin günümdə, yıxıldığım anda, tək qaldığım anlarda həmişə yanıma baxanda sənin yanımda olduğunu görmüşəm".

Milli.Az


Etiketlər:  İntim videosu yayılan azərbaycanlı aktyor Mənə görə bunlara göz yummusan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ