Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Üç klub çempionatdan imtina etdi – Koronavirusa görə

Üç klub çempionatdan imtina etdi – Koronavirusa görə

Tarix: 27 Iyun 2020 10:38

Misirin üç klubu bərpası nəzərdə tutulan ölkə çempionatında iştirakdan imtina ediblər.

Qol.az xəbər verir ki, “Zamalek”, “İsmaili” və “Əl-Məsri”nin belə bir qərar verməsinə ölkədəki koronavirus pandemiyası səbəb olub. “Zamalek”in prezidenti Mortada Mənsur məlumatı təsdiqləyib.

Qeyd edək ki, Misirdə liqa martda dayandırılıb. Ölkənin idman naziri Əşraf Söbhi bəyan edib ki, iyulun 25-də yarış, bu aydan isə məşqlər bərpa edilir.

Əlavə edək ki, bu ərəb ölkəsində koronavirusa yoluxanların sayı 58 mini keçib.

 


Etiketlər:  Üç klub çempionatdan imtina etdi Koronavirusa görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ