Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 13:28
“Yuventus”un futbolçusu Miralem Pyaniç “Barselona”ya keçməyə yaxındır.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bosniyalı yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün sabah axşam Barselonaya getməyə hazırlaşır. Yaxın günlərdə onun klubla müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, bu mövsüm A seriyasında 23 oyunda meydana çıxıb, 3 qol vurub.