Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2020 09:10
"Əvvəl toylara getmirdim. Köhnə maşınım var idi, maaşımda təzəsin almağa imkan vermirdi".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında deyib. O, artıq toylara aparıcı kimi getmədiyini söyləyib:
"Maşınımı təzələmək istəyirdim. Deyirdilər, necə avamsan, get toya. Özümü orada görmürdüm. Şeytanın ayağın sındırdım və toylara getdim. Toyda formalaşdım, həyatı öyrəndim. Nə qədər mənə xeyri oldu. Orada baş çıxarmaq hər adamın işi deyil. Baş işlətməlisən. Nələr var toylarda".