Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Messini qəbul etməyə və pasport verməyə hazırıq”

“Messini qəbul etməyə və pasport verməyə hazırıq”

Tarix: 28 Iyun 2020 12:16

Əfsanəvi alman futbolçu Lotar Matteus Lionel Messi barədə fikirlərini söyləyib.

Qol.az-ın “La Nacion” nəşrinə istinadən yaydığı xəbərə görə, o bildirib ki, Messiyə təzyiqləri başa düşmür: “İnana bimirəm ki, onu Argentinada tənqid edirlər. Əgər Messini bəyənmirsinizsə, biz onu hər zaman Almaniyada qəbul etməyə hazırıq. Onu bağrımıza basar və pasport da verərik”.

Messi - Maradona müqayisə haqda da danışan Matteus deyib: “Argentinanın bəxti gətirib ki, onun iki böyük futbolçusu var. Argentinalılar isə hələ də bu oyunçulardan hansının daha güclü olduğunu müzakirə edir”.

 


Etiketlər:  Messini qəbul etməyə pasport verməyə hazırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ