Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2020 15:50
Təhsil Nazirliyi "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı"nın 29 iyun cədvəlini təqdim edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, teledərslər bu formatda 17 iyuladək davam edəcək.
"Dərs vaxtı" proqramında abituriyentlərə ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. ilə bağlı məlumatlar veriləcək. Bütün bunlar abituriyentlərin imtahana daha yaxşı hazırlaşmasına imkan verəcək.