Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AQTA süni şəkildə toyuqların çəkisini artıran daha bir emal sexi aşkarladı

AQTA süni şəkildə toyuqların çəkisini artıran daha bir emal sexi aşkarladı

Tarix: 30 Iyun 2020 18:36

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan Trend-ə bildirilib ki, Agentlik əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı Siyəzən şəhəri İsmət Qayıbov küçəsi 83 ünvanında fiziki şəxs Nəsir Ramazan oğlu Əhmədova məxsus quş əti məhsullarının qablaşdırılması sexinə baxış keçirilib.

Baxış zamanı sexin yaşayış evinin həyətində qanunsuz fəaliyyət göstərdiyi, kəsilib təmizləndikdən sonra emal sahəsinə gətirilən toyuqların nasosa birləşdirilmiş xüsusi iynə ucluğa malik avadanlıqla daxilinə maye vurularaq çəkisinin qanunsuz yolla, su hesabına 300-350 qr artırıldığı məlum olub. Müəyyən edilib ki,toyuqlar yaxınlıqda yerləşən, atisanitar şəraitdə fəaliyyət göstərən toyuq kəsimi sexindən tədarük olunur.

Agentliyin əməkdaşları tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.


Etiketlər:  AQTA süni şəkildə toyuqların çəkisini artıran daha emal sexi aşkarladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ