Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 20:34
Bakıda dələduzluq edən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayınadək olan müddətdə Bakı şəhəri ərazisində şəhər sakini Ş.Vəliyeva Mənzil İnşaatı Dövlət Agentliyindən güzəştli mənzillər alacağı adı ilə 18 nəfəri aldadıb onlardan ümumilikdə 63700 manat pul alıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Ş.Vəliyeva tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.