Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 22:52
Tesla Model Y Krossoveri yaxın vaxtlarda yeddi yerlik salonla istehsal olunacaq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə Tesla-nın rəhbəri Elon Musk özünün Tvitter hesabında məlumat verib. O bildirib ki, yeddi yerlik Tesla Model Y krossoveri bu ilin oktyabr ayında təqdim edilə bilər.
Tesla hələlik Model Y krossoverinin yeddinəfərlik salonunun şəkillərini dərc etmədiyinə görə, üçüncü cərgədəki oturacaqların düzülüşü sirr olaraq qalır.
Qeyd edək ki, elektromobilin salonunda o qədər də geniş məkan mövcud deyil. Mütəxəssislərin fikrincə, hərəkətin əksi istiqamətində yerləşdirilmiş oturacaqlardan istifadə olunacaq.