Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2020 11:16
Xəbər verdiyimiz kimi, Əməkdar artist Bəhram Bağırzadəni ötən gün EKMO cihazından ayırıb süni tənəffüs aparatına qoşublar.
Sonxeber.net xəbər verir ki, qafqazinfo-ya açıqlamasında həyat yoldaşı Şəhla Bağırzadə bildirib ki, ötən gün aparatdan ayrılmasına baxmayaraq B.Bağırzadənin vəziyyəti kritik olub: "Hazırda süni tənəffüs aparatındadır. 24 saatı şükür ki qənaətbəxş keçirib. Ümid edirik ki, bu həftənin sonuna kimi süni tənəffüs aparatından da ayrılacaq".
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülmüş əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları tərəfindən təcili olaraq gecə konsilium keçirilmiş və xəstənin EKMO cihazına qoşulmasına qərar verilmişdi. Xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi".