Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusa görə qayıtmadı – Müqaviləsi ləğv edildi

Koronavirusa görə qayıtmadı – Müqaviləsi ləğv edildi

Tarix: 1 Iyul 2020 13:16

Paraqvay “Olimpiya”sı hücumçusu Emmanuel Adebayorla yolları ayırıb.

Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. 36 yaşlı futbolçu haqda bu qərarın verilməsinə səbəb onun koronavirus pandemiyasından ehtiyatlandığı üçün Paraqvaya, komandasının düşərgəsinə qayıtmaqdan imtinas etməsi səbəb olub.

Qeyd edək ki, karyerası ərzində “Arsenal”, “Mançester Siti”, “Real”, “Tottenhem” kimi klublarda da oynamış toqulu futbolçu “Olimpiya”ya bu ilin fevralında transfer olunmuşdu.

 


Etiketlər:  Koronavirusa görə qayıtmadı Müqaviləsi ləğv edildi


RƏYLƏR