Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Evin içində nə yaşandığını bilmirsiz'' - Fərda boşanmasından danışdı

''Evin içində nə yaşandığını bilmirsiz'' - Fərda boşanmasından danışdı

Tarix: 1 Iyul 2020 18:15

"Bu saat ən asan şey insanları qınamaqdır. Yaşadıqlarından insan sığortalanmayıb. Hamının başına gələ bilər. Evin içində nə baş verdiyini heç kim bilə bilməz".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev "ATV maqazin onlarla" verilişində deyib. Sənətçi boşandığı üçün onu tənqid edənlərə cavab verib:

"Ayrıldım deyə, qınayırlar. İnsan yaşamadığı müddətdə qarşısındakını başa düşə bilməz. Oğullarım mənimdir, qardaşdırlar. Bu gün olmasa da, sabah onlar bir yerdə oturub-duracaqlar. O günlərin arzusu ilə yaşayıram".

Fərda artıq çəki almasından da bəhs edib. O bildirib ki, sosial şəbəkədə kökəldiyi üçün ona təhqirlər yazırlar:

"Su da içirəm kökəlirəm. Çox tənqid edilirdi ki, kökəlmisiniz. Ondan sonra başladım pəhrizə".


Etiketlər:  Evin içində yaşandığını bilmirsiz Fərda boşanmasından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ