Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 08:54
İyulun 1-də futbol üzrə İtaliya A Seriyasının 29-cu oyunu keçirilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "İnter" öz meydanında autsayder "Breşiya"nə qəbul edib. Görüş Milan təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 6:0.
"İnter"in heyətində Eşli Yanq, Aleksis Sançes, Danilo Ambrozio, Roberto Qaqliardin, Kristian Eriksen və Antonio Landreva fərqləniblər.
Bu qələbədən sonra "İnter" 64 xalla üçüncü yerdə, "Breşiya" isə 18 xalla 20-ci yerdə qərarlaşıb.