Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AzTU magistrantların qeydiyyatı ilə bağlı onlayn qəbula başladı

AzTU magistrantların qeydiyyatı ilə bağlı onlayn qəbula başladı

Tarix: 2 Iyul 2020 14:48

Bakı. Samir Əli - Trend:

Pandemiya və sərtləşdirilmiş karantin günlərində Azərbaycan Texniki Universiteti (AzTU) ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş bakalavrların sənədlərinin qeydiyyatı ilə bağlı ilkə imza atıb.

AzTU-nun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, proses onlayn həyata keçiriləcək.

Bakalavrlar AzTU-nun rəsmi saytında (aztu.edu.az) yaradılan müvafiq bölmədə qeydiyyatdan keçəcək. Qeydiyyatdan keçmiş bakalavr üçün şəxsi kabinet açılacaq və sənədlərin onlayn formada universitetə təqdim edilməsi təmin ediləcək. Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin scan edilmiş surəti, universiteti bitirməyə dair arayış və ya diplomun scan edilmiş surəti, ödəniş qəbzi (ödənişli əsaslarla təhsil üçün), hərbi biletin scan edilmiş surəti və ya hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsinin surəti, DİM-dən iş nömrəsi olan sənəd, 3x4 ölçüdə rəngli fotoşəkil (pdf, jpg) tələb olunur. Müraciət edənlə təhsil müəssisəsi arasında müqavilənin imzalanması qarşılıqlı sənəd mübadiləsi əsasında (elektron formada) həyata keçiriləcək. Belə ki, bakalavr universitet tərəfindən onun şəxsi kabinetinə göndərilən müqaviləni imzalayıb yenidən şəxsi kabinetinə yükləyəcək. Sistemin iyul ayının 5-dən AzTU-nun rəsmi saytında fəaliyyətə başlaması planlaşdırılır.


Etiketlər:  AzTU magistrantların qeydiyyatı ilə bağlı onlayn qəbula başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ