Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cengiz Ünder üçün təklif

Cengiz Ünder üçün təklif

Tarix: 2 Iyul 2020 17:16

"Napoli" "Roma"nın futbolçusu Cengiz Ünderi transfer etməkdə israrlıdır.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klubun 22 yaşlı yarımmüdafiəçi üçün 31 milyon avroluq təklif göndərdiyi vurğulanıb.

Bildirilib ki, "Roma"nın baş məşqçisi Paulo Fonseka türk oyunçunun klubdan ayrılmasına razıdır. Ancaq "Roma" onun üçün ən azı 35 milyon avro tələb edir.

Qeyd edək ki, C.Ünder bu mövsüm A seriyasında 16 matçda 3 qol vurub.

 


Etiketlər:  Cengiz Ünder üçün təklif


RƏYLƏR