Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2020 08:52
"Atalanta" İtaliya futbol çempionatının 29-cu turunda öz meydançasında "Napoli"ni məğlub etdi.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, görüş 2:0 hesabı ilə başa çatıb.
Qolları Mario Paşaliç (47-ci dəqiqə) və Robin Qosens (56) vurub. Qarşılaşmanın 30-cu dəqiqəsində "Napoli"nin qapıçısı David Ospina toqquşma zamanı baş zədəsi alıb və meydançanı tərk etməli olub. D.Ospinanı Aleks Meret əvəz edib.
"Atalanta" ölkə çempionatında ardıcıl yeddinci qələbəsini qazanır, turnir cədvəlində klub 60 xal toplayaraq dördüncü yerdədir. Neapolitan klubu beş matçdakı qalibiyyət ardıcıllığını dayandırib və aktivində 45 xalla altıncı pillədə yer alıb. İyulun 5-də növbəti turda "Atalanta" "Kalyari" ilə oynayacaq, "Napoli" isə eyni gündə "Roma"nı qəbul edəcək.