Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2020 18:36
Koronavirusla bağlı artıq serioloji testlərin tətbiqinə başlanılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyinin (TƏBİB)İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, bəzi şəxslərdə yuxarı test yoxlamasında bu virus aşkarlanmır: "Bu çox təhlükəlidir. Bunun nəticəsi isə xəstəliyi olan şəxslərin evdə özünü müalicə etməsinin nəticəsidir. Belə hallarda xəstəlik ağırlaşır və ağciyərdə buz şüşə yaranır. Bu halda isə müalicə çətinləşir. Hətta həkimlərimiz arasında da bu prosesə rast gəlinir".
Ramin Bayranlı bildirib ki, artıq serioloji testlərin tətbiqinə başlanılıb: "Artıq bu üsula keçmişik. Hazırda həkimlər bu testlərdən keçməyə başlayıb".