Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 22:16
Apple şirkəti bir neçə ştatda xəstəlik sayının artmasına görə yenidən ABŞ-da 30-dan çox mağazanı bağlayacaq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bəzi ştatlarda koronavirus vəziyyətinə görə, müvəqqəti olaraq mağazaların bağlanmasına start verilib. Alabama, Kaliforniya, Corcia, Aydaho, Luiziana, Nevada və Oklahoma ştatlarında olan mağazalar bağlanacaq.
Florida, Missisipi, Texas və Yuta ştatlarında artıq mağazalar bağlanıb.
Qeyd edək ki, Apple koronavirusun yayılmasına mane olmaq üçün mağazalarını bağlayan ilk şirkətlərdən biri idi. Bu yaxınlarda mağazalar sanitariya standartlarına uyğun olaraq açılmağa başladı, lakin koronavirus infeksiyasına yoluxanların sayının artmasına görə şirkət yenidən satış nöqtələrini bağlamaq məcburiyyətində qalıb.
Koronavirusun yayılması üzrə ABŞ dünyada birinci yerdədir: demək olar ki, 2,8 milyon nəfər yoluxub, 1,1 milyonu sağalıb, 130 min insan ölüb.