Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusa yoluxan alimlə bağlı məsələ nəzarətə götürüldü - RƏSMİ

Koronavirusa yoluxan alimlə bağlı məsələ nəzarətə götürüldü - RƏSMİ

Tarix: 5 Iyul 2020 16:46

Bakı.İlhamə İsabalayeva - Trend:

AMEA Dilçilik İnstitutu koronavirusa yoluxan və buna görə hazırda ev şəraitində müalicə edilən professor İdris Abbasovla bağlı məlumat yayıb.

İnstitutun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir:

"Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara professor İdris Abbasovun səhhəti ilə bağlı məlumat vermiş və lazımi köməklik göstərilməsini xahiş etmişdir.

Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri professor İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildirmişlər".


Etiketlər:  Koronavirusa yoluxan alimlə bağlı məsələ nəzarətə götürüldü RƏSMİ


RƏYLƏR