Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Roma"nın futbolçusu "Yuventus"un hədəfində

Tarix: 5 Iyul 2020 18:46

"Roma"nın hücumçusu Edin Dzeko "Yuventus"un transfer hədəfindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Maurisio Sarri sərəncamında daha bir mərkəz hücumçusunun olmasını istəyir.

Turin təmsilçisi baş məşqçinin istəyilə paytaxt klubu ilə danışıqlara başlayıb.

34 yaşlı hücumçunun "Roma" ilə 2 illik müqaviləsi mövcuddur. Bosniyalı futbolçu bu mövsüm 35 oyunda 17 qol vurub, 9 assist edib.

Milli.Az


Etiketlər:  Romanın futbolçusu Yuventusun hədəfində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ