Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2020 22:15
Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 5-nə olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 722 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 509 811 test aparılıb. Aktiv xəstə sayı 8 332 nəfərdir, onlardan 348 nəfər reanimasiyadadır, 60 nəfər isə süni tənəffüs aparatına qoşulub.