Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2020 01:32
Rusiya Premyer Liqasında 2019/2020 mövsümünün qalibi müəyyənləşib.
Qol.az xəbər verir ki, bu, ötən mövsümün də qalibi olan "Zenit"dir. Sankt-Peterburq təmsilçisi 26-cı turda "Krasnodar"a 4:2 hesabı ilə qalib gələrək xalını 62-yə çatdırıb və ən yaxın izləyicisi "Lokomotiv"lə xal fərqini 13-ə yüksəldib. Bununla da komanda turnirin bitməsinə 4 tur qalmış çempionluğu rəsmiləşdirib.
Bu, "Zenit"in ardıcıl 2-ci, ümumilikdə isə 6-cı çempionluğu olub.