Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2020 09:56
Bakıda azyaşlı ehtiyatsızlıqdan 5-ci mərtəbədən yıxılıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində baş verib.
Həmin küçədəki binalardan birinin 5-ci mərtəbəsində yaşayan 2015-ci il təvəllüdlü azyaşlı eyvandan yıxılıb. Kəllə beyin travması alan uşaq xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.