Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəhram Bağırzadənin ağciyətlərində əhəmiyyətli yaxşılaşma var

Bəhram Bağırzadənin ağciyətlərində əhəmiyyətli yaxşılaşma var

Tarix: 6 Iyul 2020 11:20

Əməkdar artisti Bəhram Bağırzadənin vəziyyəti ağır olaraq qalır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib: "Tənəffüzü süni ventilyasiya aparatı ilədir. Huşu aydın, bəfən hərarəti isə subfibril rəqəmlərdədir. Bu gün aparılan rentgen müayinəsi zamanı ağciyərlərin vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşma qeyd edilir. Hal-hazırda ilk plana ikincili bakteriya qoşulması ilə mübarizə çıxır. Bununla bağlı müvafiq təyinatlarda dəyişiklik aparılıb".

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olmuşdu.


Etiketlər:  Bəhram Bağırzadənin ağciyətlərində əhəmiyyətli yaxşılaşma


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ