Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2020 12:39
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) SABAH qrupları layihəsinin təcrübəsi əsasında müvəffəqiyyətlə təhsil alan istedadlı tələbələrdən ibarət xüsusi qrupların təşkili nəzərdə tutulur.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi, fərqli təhsil mühitinin yaradılması, savadlı və bacarıqlı tələbə yetişdirilməsindir.
Təhsil Nazirliyinin SABAH qrupları layihəsi ilə birgə əməkdaşlığa uyğun olaraq, ADBTİA-da 2020-2021-ci tədris ili üçün müstəqil şəkildə xüsusi qrupun yaradılması planlaşdırılır. İlkin olaraq “İdman menecmenti və kommunikasiya” ixtisası üzrə xüsusi seçim yolu ilə formalaşdırılan istedadlı tələbələr üçün akademiyanın müstəqil pilot qrupunun yaradılması məqsədəuyğun hesab edilib.
Müvafiq qrupların formalaşdırılması və tədrisin təşkili üçün tələbə və professor-müəllim heyətinin seçimi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.