Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2020 21:30
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 6-nə olan statistik göstəriciləri açıqlayıb.
Sonxeber.net xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 240 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 522 733 test aparılıb. Aktiv xəstə sayı 8 397 nəfərdir, onlardan 343 nəfər reanimasiyadadır, 60 nəfər isə süni tənəffüs aparatına qoşulub.