Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2020 06:12
Bakı. Trend:
Futbol üzrə İtaliya çempionatının 31-ci turunda "Milan" futbolçuları öz meydançalarında "Yuventus"u məğlub edib.
Trend-in məlumatına görə, oyun 4:2 hesabı ilə başa çatıb.
Qeyd edilir ki, oyunun 62-ci dəqiqəsinə qədər "Yuventus" 2:0 hesabı ilə irəlidə idi: qolları 47-ci dəqiqədə Adrien Rabyo və 53-cü dəqiqədə Kriştianu Ronaldo vurmuşdur. Bundan sonra "Milan"ın oyunçuları 4 qol vuraraq qələbə qazana biliblər: Zlatan İbrahimoviş (62-ci dəqiqə, penalti), Frank Kessye (66), Rafael Leau (67) və Ante Rebiç (80).
Hazırda "Milan" 49 xalla 5-ci, "Yuventus" isə 75 xalla birinci yerdədirlər.