Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2020 21:45
Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 8-nə olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 355 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 537 230 test aparılıb. Aktiv xəstə sayı 8 542 nəfərdir, onlardan 317 nəfər reanimasiyadadır, 59 nəfər isə süni tənəffüs aparatına qoşulub.