Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2020 08:24
Bakı. Trend:
Çin və ABŞ ikitərəfli münasibətlər tarixində ən ağır böhranla üzləşib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu videokonfrans formatında keçirilən forumda Çinin xarici işlər naziri Vanq Yi deyib.
V.Yi bildirib: "Çin-ABŞ münasibətləri yarandığı gündən ən ciddi problemlə üzləşib. ABŞ-da bəzi insanlar, ideoloji inanclar əsasında Çini rəqib və hətta düşmən kimi göstərməyə çalışırlar".
Onun sözlərinə görə, Çinin özünə məxsus inkişaf modeli var: "Çin başqa bir ABŞ ola və ABŞ-a çevrilə bilməz, onun uğurlu inkişaf yolu isə Qərbə zərbə vurmur və ona təhlükə yaratmır".