Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2020 10:36
Serbiyalı basketbolçu Militsa Daboviç açıqlaması ilə gündəmi zəbt edib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki,38 yaşlı idmançı 2009-cu ildə "Beşiktaş"dan "Palero"ya keçidi barədə danışıb.
Daboviç Yunanıstan klubunun prezidentinin onunla yatmaq istədiyi üçün transfer etdiyini deyib: "2009-cu ildə "Beşiktaş"dan Yunanıstan klubuna getdim. Mənə aylıq 20 min avro maaş ödəyirdilər və bu, böyük rəqəm idi.
Klub prezidenti mənə bir gecəlik münasibət təklif etdi. Onun cinsi əlaqədə olmaq istədiyini qəbul etmədim. Buna görə 3 ay maaşımı vermədilər və sonra da müqaviləmi pozdular. Ayaqlarımı pul üçün açmadım və buna görə qürurlu insanam. Vicdanım sakitdir və gecələr rahat yatıram".
Qeyd edək ki, Daboviç 2016-cı ildə Serbiya yığması ilə Rio olimpiadasında bürünc medal qazanıb. O, həmin il karyerasını bitirib.