Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib (FOTO)

Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib (FOTO)

Tarix: 9 Iyul 2020 14:36

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırıqlar nəzərə alaraq, Neftçala rayonunda da bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirilib.⠀⠀⠀⠀⠀
⠀⠀⠀⠀⠀
Neftçala rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, RİH başçısı Mirhəsən Seyidov tərəfindən yaradılan Operativ Qərargahın Monitorinq komissiyasının üzvləri Neftçala rayonu ərazisində mütəmadi olaraq reyd və maarifləndirici aksiyalar həyata keçirir.

Rayonun ictimai-iaşə və ticarət obyektlərində, əhalinin sıx toplaşdığı məhəllələrdə, küçə və prospektlərdə əhali ilə fərdi söhbətlər apararaq karantin qaydalarına riayət edilməsi tapşırılır.

Neftçala Rayon Könüllülər qrupu tərəfindən rayonun mərkəzində əhalinin sıx toplaşdığı ərazilərdə vətəndaşlara pulsuz tibbi maskalar və əlcəklər paylanılır.⠀

Həmçinin rayon sakinlərinə, yaşlılara, uşaqlı qadınlara, rayon ərazisində fəaliyyət göstərən sahibkarlara və digər vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyə olunaraq, onlarla maarifləndirici söhbətlər aparılır və vətəndaşlara koronavirus pandemiyasından qorunmaq üçün qaydalar planını əhatələyən məlumat vərəqələri paylanılır.⠀

Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib (FOTO) - Gallery Image Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib (FOTO) - Gallery Image Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib (FOTO) - Gallery Image Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib (FOTO) - Gallery Image Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib (FOTO) - Gallery Image Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib (FOTO) - Gallery Image Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib (FOTO) - Gallery Image Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib (FOTO) - Gallery Image Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib (FOTO) - Gallery Image


Etiketlər:  Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ