Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2020 19:56
"Mançester Yunayted"in sabiq futbolçusu Robin van Persi bu il "Qızıl top"u qazanmağa namizəd hesab etdiyi futbolçularını adını açıqlayıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, onun siyahısında nə Lionel Messi ("Barselona"), nə də Kriştiano Ronaldo ("Yuventus") yer alıb. Van Persi "Qızıl top"a Robert Levandovski ("Bavariya"), Kevin de Brüyne ("Mançester Siti") və Sadio Maneni ("Liverpul") layiq bilib.
Qeyd edək ki, sözügedən mükafatın son qalibi L.Messidir.