Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2020 21:57
Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 9-na olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 505 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 544 735 test aparılıb. Aktiv xəstə sayı 8 589 nəfərdir, onlardan 329 nəfər reanimasiyadadır, 59 nəfər isə süni tənəffüs aparatına qoşulub.