Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mən İbrahimoviç Avropa Liqası üçün oyunçu deyiləm”

“Mən İbrahimoviç Avropa Liqası üçün oyunçu deyiləm”

Tarix: 10 Iyul 2020 12:52

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç klubda qalıb-qalmayacağı ilə bağlı məsələyə münasibət bildirib.

Qol.az “Football Italia”ya istinadən xəbər verir ki, o, deyib: “İbra nəyisə qazanmaq üçün oynayır. Mən futbol ehtirasıma görə buradayam. Ona görə də əsasən pulsuz oynayıram. COVİD-19-a görə hər şey dayananda fikirləşdim ki, bəlkə bu, mənə karyeranı başa vur deməkdir. Xoşbəxtlikdən meydan qayıtdıq. İki gün sonra mən komandaya dönməyə hazır idim. İbra belə bir oyunçudur.

Mən futbol üçün doğulmuşam, ona görə də hamıdan güclüyəm. Baxaq, görək, 2 ay sonra özümü necə hiss edəcəyəm, klubda nələr olacaq. Əgər hər şey indiki kimi olsa, düzü, inanmıram ki, məni növbəti mövsüm “Milan”da görəsiniz. Çünki İbrahimoviç Avroliqası üçün oyunçu , “Milan” isə həmin turnirə görə komanda deyil”.

Qeyd edək ki, hazırda “Milan” A seriyasında 49 xalla 7-ci yeri tutur. Komandanı Avroliqa zonasından 2 xal ayırır.

 


Etiketlər:  Mən İbrahimoviç Avropa Liqası üçün oyunçu deyiləm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ