Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ev routerlərinin əksəriyyətinin təhlükəsizlik sistemində boşluq aşkar edilib

Ev routerlərinin əksəriyyətinin təhlükəsizlik sistemində boşluq aşkar edilib

Tarix: 11 Iyul 2020 08:32

Almaniyanın Fraunqover İnstitutunun alimləri evdə istifadə üçün nəzərdə tutulmuş marşrutlayıcıların təhlükəsizliyini qiymətləndiriblər. Hər bir qurğunun təhlükəsizlik sistemində onu kiberhücumlar qarşısında dayanıqsız edən ən azı bir boşluq aşkar edilib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, tədqiqat çərçivəsində 7 populyar brendin 127 modeli araşdırılıb: "Asus", "AVM", "D-Link", "Linksys", "Netgear", "TP-Link" və "Zyxel". Nəticə ürəkaçan deyil. Demək olar ki, bütün sınaqdan keçirilmiş routerlər düzəldilməyən boşluğa malikdir və "Linux" sisteminin köhnə versiyalarının idarəetməsi altında işləyir.

Son il ərzində 46 marşrutlayıcıdan heç biri təhlükəsizlik yeniləməsi almayıb. Ən pis vəziyyətdə qurğular 5 ildən çox müddətdə yenilənməyib və yüzlərlə boşluq aşkar edilib.

Bu halda yeni proqram təminatı çıxaran bir çox şirkətlər kritik boşluqları aradan qaldırmır. Başqa sözlə, istifadəçi proqram təminatının ən son versiyasını quraşdırdığı halda belə routerdə təhlükəsizlik problemi həll edilmir.


Etiketlər:  routerlərinin əksəriyyətinin təhlükəsizlik sistemində boşluq aşkar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ