Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan 2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir

Azərbaycan 2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir

Tarix: 11 Iyul 2020 09:36

Azərbaycan 2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Arzu Hüseynova deyib.

Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycanın sosial-iqtisadi siyasətinin əsas prioriteti COVID-19 pandemiyasından təsirlənən ölkə iqtisadiyyatının bərpası olacaq.

"COVID-19 pandemiyasının təsiri artıq iqtisadiyyatın müxtəlif sahələrində dəyişikliklərə səbəb olduğundan, 2021-ci ildə iqtisadiyyatda informasiya və rabitə texnologiyalarının rolunun artacağını gözləyirik" - A.Hüseynova qeyd edib.

Mütaxəssisin vurğuladığı kimi, Azərbaycanın sosial-iqtisadi inkişafının prioritetləri həm müvafiq dövlət proqramlarında, həm də strateji yol xəritələrində öz əksini tapmışdır. Onun sözlərinə görə, qeyd olunan istiqamətin inkişafı 2021-ci ildə də davam edəcək.

İxtisaslı kadrların hazırlanması mövzusuna toxunan icraçı direktor ölkədə mütəxəssisslərin hazırlanması üçün vaxtaşırı böyük işlərin görüldüyünü söylədi.


Etiketlər:  Azərbaycan 2021 ildə elektron biznesi genişləndirməyi hədəfləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ