Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2020 16:36
"Spartak"ın baş məşqçisi Domeniko Tedesko fırıldaqçıların toruna düşüb.
Sonxeber.net fanat.az-a istinadən bildirir ki,
özünü klubun əməkdaşları kimi təqdim edən şəxslər mütəxəssisdən "pul qobarıblar".
Hadisə 2 gün əvvəl - cümə axşamı baş verib. Həmin vaxt Soçidə - "Redisson" otelində dincələn Tedeskodan telefonla oteldə olub-olmadığını soruşublar. Baş məşqçi ekranda klubun əməkdaşlarından birinin şəklini gördüyündən onu arayan adamın maddi kömək istəyini yerinə yetirib.
Məlumata görə, kələkbazlar çalışdırıcıdan 250 min rubl alıb.