Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2020 22:33
Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 12-nə olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 878 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 568 234 test aparılıb. Aktiv xəstə sayı 8 642 nəfərdir, onlardan 356 nəfər reanimasiyadadır, 58 nəfər isə süni tənəffüs aparatına qoşulub.