Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qeyri-rezidentlərin vergi öhdəlikləri hansılardır?

Qeyri-rezidentlərin vergi öhdəlikləri hansılardır?

Tarix: 13 Iyul 2020 05:32

Bəzən qeyri-rezidentin göstərdiyi xidmətə görə ödənişlər zamanı ƏDV və ödəmə mənbəyində tutulan verginin hansı məbləğdən tutulmasına yanlış yanaşmalar olur.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergi üzrə ekspert Ramin Ramazanov bu məsələyə bir daha aydınlıq gətirib.

Ekspert bildirib ki, qeyri-rezidentin Azərbaycan Respublikası ərazisində göstərdiyi xidmətə görə əldə etdiyi gəlirlərdən vergi Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən tutulduğu halda, həmin xidmətlərə görə ƏDV 169-cu maddəyə əsasən hesablanıb büdcəyə ödənilməlidir: "Tutaq ki, Azərbaycanda daimi nümayəndəliyi olmayan "B" qeyri-rezident şirkəti ƏDV ödəyicisi olan rezident "A" şirkətinə xidmət göstərib. Müqavilə üzrə göstərilmiş xidmətin dəyəri 1000 ABŞ dollarıdır. Qeyri-rezidentə ödəniş zamanı, ilk növbədə, müqavilənin şərtlərinə baxmaq lazımdır. Burada iki variant mümkündür. Şərtlərə əsasən, 1000 dolların net, yoxsa gross məbləğ olması müəyyənləşdirilməlidir".

Məsələn, müqavilənin şərtlərinə əsasən, qeyri-rezidentə ödəniləcək məbləğdən ödəmə mənbəyində tutulan vergi tutulduqdan sonra qalan hissə həmin şəxsə ödənilməlidir. Bu halda, verginin tutulması aşağıdakı kimi olacaq:

1000*10% ÖMV= 100 USD

1000*18% ƏDV= 180 USD


Etiketlər:  Qeyri rezidentlərin vergi öhdəlikləri hansılardır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ