Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid olan baş əsgər Məmmədov... - FOTO

Şəhid olan baş əsgər Məmmədov... - FOTO

Tarix: 13 Iyul 2020 10:18

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçularımızdan biri də Məmmədov Elşad Dönməz oğludur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Elşad Məmmədov Tovuzun Ağdam kənd sakini olub. Baş əsgər Elşad 1996-cı ildə anadan olmuşdu. 
 
Xatırladaq ki, Ermənistan tərəfinin ötəngünkü təxribatı nəticəsində 3 nəfər - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub. Bu gecə gedən döyüşlərdə isə baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub. 

Milli.Az


Etiketlər:  Şəhid olan baş əsgər Məmmədov FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ