Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2019 15:33
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda "Standartlaşdırma haqqında" yeni qanun layihəsi yenidən Milli Məclisdə müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, yeni qanun layihəsi bu gün Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.
Yeni qanun 5 fəsil və 26 maddədən ibarət olacaq. Qanun standartlaşdırmanın məqsəd və prinsiplərini, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqini, bu sahədə fəaliyyətin maliyyələşdirilməsi mənbələri və digər məsələləri müəyyən edir.
Qeyd edək ki, qanun layihəsi ötən il müzakirəyə çıxarılsa da, sonradan təxirə salınmışdı.
Qanun layihəsi bu gün müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin