Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran Xarici İşlər Nazirliyindən azərbaycanlı hərbçilərin ölümünə REAKSİYA

İran Xarici İşlər Nazirliyindən azərbaycanlı hərbçilərin ölümünə REAKSİYA

Tarix: 13 Iyul 2020 13:51

İran Azərbaycan və Ermənistan arasında baş verən silahlı qarşıdurma və azərbaycanlı hərbçilərin ölümünə görə təəssüfünü ifadə edir.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bu gün keçirilən mətbuat konfransında deyib.

A.Musəvinin sözlərinə görə, İran tərəfləri təmkinli olmağa və məsələləri, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ münaqişəsini müzakirələrlə həll etməyə çağırır:

"İran həm bu dəfə, həm də dəfələrlə bu münaqişənin dinc yolla həllində vasitəçilik etməyə hazır olduğunu bildirir".

A.Musəvi əlavə edib ki, qonşu ölkələrlə ikitərəfli mexanizmlərin tapılmasına və əməkdaşlıqların davam etdirilməsinə səy göstərilir.


Etiketlər:  İran Xarici İşlər Nazirliyindən azərbaycanlı hərbçilərin ölümünə REAKSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ