Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, Ermənistan Müdafiə naziri tənqid atəşinə tutuldu (FOTO)

Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, Ermənistan Müdafiə naziri tənqid atəşinə tutuldu (FOTO)

Tarix: 13 Iyul 2020 17:06

Bakı. Samir Əli - Trend:

Cəbhə xəttində erməni tərəfin növbəti təxribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən layiqincə alındı və Ermənistan ordusu növbəti dəfə çökdürüldü. Ermənistan Müdafiə Nazirliyi faktı inkar etməyə cəhd etsə də, alınmadı. Artıq erməni ictimaiyyəti baş verən hadisə nəticəsində ermənilərin saysız-hesabsız itki verməsini faktlarla açıqlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Ordusunun adekvat cavab atəşi nəticəsində erməni ordusu külli miqdarda itki versə də, Ermənistan Müdafiə Nazirliyi cəbhənin Tovuz rayonu istiqamətində işğalçı ordunun 2 hərbçisinin yaralandığını bəyan edib.Məlumatda qeyd edilir ki, hadisə nəticəsində cəmi 2 erməni həbçisi xəstəxanaya yerləşdirilib.

Erməni fəallar artıq sosial şəbəkələrdə Ermənistanın müdafiə naziri David Tonoyanı itkiləri gizlətməkdə, ictimaiyyəti çaşdırmaqda ittiham edir. Həmin erməni fəallardan biri də Diana Harutyunyan Facebook profilində yazıb ki Azərbaycanla sərhəddə dəhşətdir, faciədir: "Qardaşım elə indi zəng vurdu, dedi ki, azərbaycanlılar hər tərəfdən atəş açırlar. Hospitallarla xəstəxanalar yaralılarla doludur. İçi həlak olmuş əsgərlərimizlə dolu 3 yük maşını görüblər. Deyirlər ki, 70 hərbçimiz həlak olub, 300 nəfər yaralanıb. Amma inanmıram. Bu qədər tələfat varsa, meyitləri daşımaq üçün üç yük maşını bəs etməz. Nə edəcəyimi bilmirəm, çox qorxuram. Qardaşımla əlaqə kəsilib. Şəhərdə panikadır. Heç bir informasiya yoxdur. Hakimiyyət dairələri heç nə etmirlər!"

Sosial şəbəkələrdə digər ermənilər isə erməni hərbi birləşmələrinin daha çox itki verdiyini yazırlar. Statuslarda qeyd edilir ki, təxribat zamanı ermənilərin 200-dən artıq hərbi qulluqçüsu məhv edilib.

Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, Ermənistan Müdafiə naziri tənqid atəşinə tutuldu (FOTO) - Gallery Image


Etiketlər:  Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı Ermənistan Müdafiə naziri tənqid atəşinə tutuldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ