Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 22:03
Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 13-nə olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 015 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 576 249 test aparılıb. Aktiv xəstə sayı 8 617 nəfərdir, onlardan 356 nəfər reanimasiyadadır, 58 nəfər isə süni tənəffüs aparatına qoşulub.