Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2020 08:50
Əvvəllər bu virusla bağlı insanlarda bir az inamsızlıq var idi. Artıq biz, bizə yaxın olan insanların bu virusa yoluxduğunu eşidirik. Düşünürəm ki, artıq bu infeksiyaya bir şübhə qalmayıb. Ailə üzvlərimizin, qohumlarımızı, dostlarımızı qorumaqla xalqımızı qorumuş oluruq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Qara Qarayev deyib.
Yay aylarında xüsusi karantin rejimində evdə oturmaq çətin olsa da, hər şeyin yaxşı olacağını ümidvar olan milli komandamızın üzvü bildirib: "Zəruri hallarda evdən çıxan vətəndaşlarımız maksimum dərəcədə özlərini qorusunlar. Yaxınlarımız və əzizlərimizlə bir müddət sosial məsafə saxlasaq, bu heçdə onlara sevgimizin azalmağı anlamına gəlmir. Ölkəmizdə virusa yoluxanların sayının getdikcə artması hamını ciddi narahat etməlidir. Diqqət etsək görərik ki, hansı ölkələrdə əhali karantin qaydalarına əməl edirsə, həmin ölkələrdə xəstəliyə yoluxanların sayı getdikcə azalır. Mən əminliklə bildirmək istəyirəm ki, Azərbaycan xalqı güclüdür və bu gözəgörünməz düşməni məğlub edəcək. Allah xalqımızı qorusun".